Azərbaycanda növbəti, sayca 4-cü sənaye parkıın Gəncə şəhərində təşkil edilməsi planlaşdırılır. Yeni sənaye parkında polad, habelə polad və alümin emalı məhsullarının istehsalı üzrə müəssisələr təşkil ediləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, dövlət başçısının Gəncə Sənaye Parkının salınması haqqında sərəncamının layihəsi, park haqqında əsasnamə, bu fəaliyyəti iqtisadi əsaslandırması artıq hazırdır.
Daşkəsən rayonunda çıxarılan dəmir filizinin emalı, dəmir, polad istehsalı və metalyayma üzrə əsas müəssisələr Gəncə şəhərində yerləşəcək. 2013-cü ilin aprel ayında “Polad istehsalı üzrə Azərbaycan kompleksi” dövlət QSC yaradılı. Görünür, hökumət poladın istehsalına təkan vermək məqsədilə 7 il müddətinə bu kompleksi bütün növ əsas vergilərin (fiziki şəxslərdən gəlir vergisindən başqa) ödənişi öhdəliklərindən azad etmək niyyətindədir. Müəssisədə istehsal olunan məhsula əlavə dəyər vergisi tətbiq ediləcək.
2014-cü ildə Gəncədə sənaye istehsalı həcmi 201,5 mln. manat təşkil edib ki, bu, ötən ilə nisbətən 12% çoxdur. Metallurgiyanın payına sənaye məhsullarının 39%-i düşür.
2011-2014-cü illərdə Sumqayıtda (4 rezidenti var), Bakı şəhərinin Balaxanı qəsəbəsində bərk məişət tullantıları poliqonunda (3 rezidenti var) və Mingəçevirdə sənaye parkları salınıb. Hələlik Sumqayıt kimya-sənaye parkında cəmi bir müəssisə - “Azərtexnolayn” MMC fəaliyyət göstərir. Müəssisə polad borular, polietilen məhsul və metal konstruksiyalar istehsal edir. Yaxın gələcəkdə sürgü istehsalı üzrə zavod işə başlayacaq. 08B
Rəy yaz