«AtaBank» nizamnamə kapitalını artırır
Maliyyə Bazarlarına Nəzarət Palatası "AtaBank"ASC-nin hər birinin nominal dəyəri 20 manat olan 1 mln səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb, deyə MBNP bildirir.
Səhmlər bankın səhmdarları arasında bölüşdürüləcək.
Beləliklə, bank nizamnamə kapitalını 20 mln manat artıraraq 70 mln manata çatdırır.
«AtaBank» 1993-cü ildə yaradılıb.
Turan əvvəllər məlumat vermişdi ki, «Atabank»ın aktivləri 2016-cı ildə 2015-ci ilə nisbətən 21% azalaraq 472 mln 541 min manat, öhdəlikləri 24% azalaraq 412 mln 730 min manat olub.
«Atabank»ın Mərkəzi Banka borcu 10 mln maantdır.
2016-cı ildə bank 340 min manat mənfəət əldə edib. 71D
-
- Mədəniyyət
- 10 Mart 2017 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz