«AtaBank» sahibkarlığın kreditləşməsini artırır
«AtaBank» ASC ilin əvvəlindən hüquqi şəxs statuslu sahibkarlığın kreditləşməsinə 199,1 mln manat (+29%) ayırıb.
Bankdan verilən məlumata görə, 1 oktyabr üçün hüquqi şəxslərə verilən kreditlər portfelin 59,2%-i təşkil edib. Məcmu kredit portfeli 336,1 mln manat (+39,1%) təşkil edib.
«AtaBank»ın aktivləri 458,7 mln manat (+22,3%), müddətli depozitlər 321,1 mln manat (+31,6%) olub.
«AtaBank»ın nizamnamə kapitalı 44,5 mln manatdır. 1994-cü ildə yaradılan bank AtaHolding qrupuna daxildir. --17D—
-
- İqtisadiyyat
- 27 Oktyabr 2014 15:58
İqtisadiyyat
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
-
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri son üç il ərzində Azərbaycanın iqtisadiyyatına 61,3 milyon manat sərmayə yatırıb. Bu barədə "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransında bildirib.
-
Qlobal iqtisadiyyat davamlı problemlərlə üzləşdiyi bir vaxtda, Çin ilə Azərbaycan arasındakı ticarət azalma tendensiyalarını üstələyərək əhəmiyyətli artım nümayiş etdirib. Azərbaycanın rəsmi statistikasına əsasən, 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dollarına çatıb. Yalnız 2024-cü ilin ilk on ayında ticarət həcmi illik hesablamada 17,1% artaraq 3,02 milyard ABŞ dollarına yüksəlib və illik ticarət göstəricisinin rekord səviyyəyə çatacağı gözlənilir.
Rəy yaz