AtaSığortanın ötən il üçün hesabatı
«AtaSığorta» şirkətinin ötən il üçün maliyyə hesabatı açıqlanıb. Yanvarın 1-i üçün şirkətin aktivləri 31 mln 681,71 min manat (+31,3%), öhdəlikləri 16 mln 180,32 min manat, xüsusi kapitalı 15 mln 501,38 min manat (+24,8%) olub.
Şirkətin depozitləri 25 mln 103,63 min manat (+48%) təşkil edib.
ASC-nin gəlirləri 17 mln 170,27 min manat olub. Bunun 9,48 mln-u sığorta haqlarıdır, təkrarsığorta üzrə 786,2 min manat toplanıb, investisiya gəlirləri 1,74 mln manatdır.
Şirkətin xərcləri 15 mln 251,75 min manat, o cümlədən ödənişlər 4 mln 256,53 min manat, sığorta işinin aparılması xərcləri 5 mln 880,88 min manat, mükafatlar üzrə qaytarılan məbləğ 846 min, təkrarsığorta xərcləri 1 mln 727,06 min manat olub.
Ötən il şirkət 1 mln 238,23 min manat (+8,2%) xalis mənfəət əldə edib.
«AtaSığorta»nın nizamnamə kapitalı 12,4 mln manatdır. Yeganə səhmdarı AtaHoldingdir. --17D—
-
- İqtisadiyyat
- 1 Aprel 2016 13:21
-
- Söz istəyirəm
- 1 Aprel 2016 14:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz