Bir ay yarımdan sonra TAP qaz kəmərinin inşasına başlanılacaq
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik qaz kəmərinin (TAP) inşasına başlanma mərasimi mayın 17-də Saloniki şəhərində keçiriləcək. Bu barədə Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi naziri Panos Skurletis bildirib.
Onun sözlərinə görə, mərasimdə bir sıra yüksək vəzifəli şəxslər iştirak edəcəklər. Belə ki, TAP böyük sayda iş yerinin yaradılmasına imkan verəcək mühüm layihədir.
TAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından “Mərhələ-2” çərçivəsində Avropaya qz nəqlini nəzərdə tutur. Uzunluğu 870 kilometrə yaxın olan boru kəməri Türkiyə-Yunanıstan sərhəddində başqa qaz kəməri TANAP ilə birləşəcək və Yunanıstan, Albaniyadan keçəcək, sonra İtaliyaya gedəcək. TAP üzrə İlk qazın 2012-ci ildə Avropya çatacağı gözlənilir.
Qeyd edək ki, 2016-cı ilin əvvəlində TAP layihəsi çərçivəsində kapital xərcləri €600 mln. təşkil edib. Qiymətlərə edilən düzəlişdən sonra boru kəmərinin ümumi dəyəri €5 mlrd.-dan bir az çox olub. Öncə bu göstərici €5,6 mlrd. təşkil edirdi.–12В--
-
- İqtisadiyyat
- 1 Aprel 2016 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz