Atəşgah həyat Sığortanın sığorta ehtiyatları 27 mln manat azalıb
«Atəşgah həyat Sığorta» ötən ilin mənfəət və ziyanı barədə hesabat yayıb (https://www.ateshgah.com/site/assets/files/2775/m_nf_t_v_z_r_r_haqq_nda_hesabat_forma2.pdf).
Yanvarın 1-i üçün xalis sığorta ehtiyatları 26,9 mln manat azalıb. Şirkətin gəlirləri 40,5 mln manat olub. Bunun çoxu sığorta haqlarıdır.
Xərclər 38,22 mln manat təşkil edib. Bunun 19,72 mln mantı sığorta ödənişləri, 9,26 mln sığorta işinin aparılması xərcləri, 5,42 mln təkrarsığorta xərcləri, 3,19 mln manat sığorta haqlarının qaytarılması xərcləridir.
«Atəşgah həyat Sığorta»nın nizamnamə kapitalı 6,5 mln manatdır. Şirkət 2009-cu ildə yaradılıb. Direktorlar Şurasının sədri İntiqam Hüseynov, İH sədri Əkbər Mədətlidir. --17D
-
- Cəmiyyət
- 11 Aprel 2016 14:26
-
- İqtisadiyyat
- 11 Aprel 2016 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz