- İqtisadiyyat
- 12 Aprel 2013, 14:11
- 222
Auditorlar Palatası illik hesabat verib
yerli auditorlar ötən il 28 mln 903,25 min manat məbləğində müqavilə bağlayıblar. Bu, 2011-ci ildəkindən 37,6% çoxdur.
Auditorlar Palatasının illik hesabatına əsasən, bu dövrdə 3 min 155 müqavilə (+ 316) icra edilib. Hər auditor yoxlaması (orta hesabla) 9 min 161,02 manata (+25,12%) başa gəlib.
Təşkilatın gəlirləri 536,71 min manat (-1,8%) olub. Bunun 94%-i üzvlük haqlardır.
Xərclər 466,78 min manat (-11,2%), vergidən mənfəət 69,92 min manat (3,3 dəfə çox) olub. Dövlət büdcəsinə 34,6 min manat, DSMF-yə 65,15 min ödənilib.
Azərbaycan Auditorlar Palatası 1996-cı ildən fəaliyyət göstərir və ölkədə auditor fəaliyyətini tənzimləyir.
Hazırda Azərbaycanda 52 auditor təşkilatı, 45 müstəqil auditor və 28 assosiativ üzv bu fəaliyyəti həyata keçirmək hüququna mailkdir. --17--
-
- İqtisadiyyat
- 12 Aprel 2013 13:50
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz