- İqtisadiyyat
- 12 Aprel 2013, 15:03
- 155
Bazar ertəsi AGBank istiqrazlarının birja satışı başlayacaq
Aprelin 15-də Bakı Fond Birjasında "AGBank" ASC-nin faizli sənədsiz adlı təminatsız istiqrazları yerləşdirilməyə başlayacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu ayın əvvəlində bankın 12 mln manat məbləğində istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bir istiqrazın nominal qiyməti 1 min manat, müddəti 3 il, illik faiz dərəcəsi 12%-dir. Anderrayter “Paşa Kapital” MMC-dir.
AGBank 1992-ci ildən fəaliyyət göstərir. Səhmdarları 22 hüquqi və 51 fiziki şəxsdir. --15B--
-
- İqtisadiyyat
- 12 Aprel 2013 14:11
-
- Siyasət
- 12 Aprel 2013 15:08
İqtisadiyyat
-
Azərbaycan 27 noyabr 2024-cü ildə verilmiş prezident fərmanına əsasən, azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsini sadələşdirmək, investisiyaları cəlb etmək və kənd təsərrüfatının məhsuldarlığını artırmaq məqsədilə yeni qaydalar tətbiq edib.
-
Asiya İnkişaf Bankı (AIB) Azərbaycan pərakəndə ticarət sektorunu dəstəkləmək üçün 10,5 milyon dollar ayırdı və bu, ölkənin iqtisadi modernləşməsinə davamlı dəstəyində növbəti addım oldu. Bu investisiyalar Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və dayanıqlı inkişafın əsas sütunlarından biri olan kiçik və orta sahibkarlığı (KOS) gücləndirmək istiqamətində daha geniş məqsədlərinə uyğun gəlir.
-
Bu gün Milli Məclisin iclasında Azərbaycanın deputatları 2025-ci il üçün minimum yaşayış səviyyəsinin artırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda müzakirə edib və təsdiqləyiblər. Yenilənmiş rəqəmlər 10 manatlıq mülayim artımı əks etdirir və ölkə üzrə yaşayış minimumu 285 manat olaraq müəyyən edilib. Xüsusi əhali qrupları üçün bu göstəricilər 305 manat (işləyən əhali üçün), 232 manat (pensionerlər üçün) və 246 manat (uşaqlar üçün) təşkil edir. Eyni iclasda gələn il üçün ehtiyac meyarı da 285 manat məbləğində təsdiq edilib ki, bu da milli yaşayış minimumu ilə eyni səviyyədədir.
-
Bu il Avstraliyanın Fortescue Future Industries (FFI) holdinqinin Azərbaycanda "yaşıl" layihələrin inkişafına dair planları yenidən tənzimlənib, lakin iki il əvvəl başlayan danışıqlar davam edir, Turan-a məlumatlı mənbə bildirib.
Rəy yaz