Avqust ayinda İMB -da qiymətlər dəyişməz olaraq qalib
Avqust ayında Paytaxtin İlkin Mənzil Bazarında (İMB) qiymətlər dəyişməz olaraq qalıb. Eyni vəziyyət Respublikanın digər böyük şəhərlərində də müşahidə edilmişdir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin hesablamalarına görə hal hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün təxminən 802,3 manat civarında qərarlaşıb. Qiymət azalması ötən rübün müvafiq dövrü ilə müqaisədə-2,3%, ötən ilə nisbətdə isə 4,1% qeydə alınmışdır. Ay ərzində ən cəlb edici rayonlar ötən ay olduğu kimi Yasamal, Xəyai və Nəsimi rayonları оlmuşdur.
Ekspertlər avqust ayında qiymətlərin sabit qalmasını əsasən mövsümi amillərlə izah edirlər. Yay mövsümündə insanların daha çox istirahətə maraq göstərməsi ənəvi olaraq bazardakı aktivliyin aşağı düşməsi ilə nəticələnir. Mövsümlə yanaşı ipoteka kreditləşməsinin bu sahədə daha zəif olması, eləcədə bazardakı qiymətlərin hələdə real qiymətlərdən baha olması, İlkin Mənzil Bazarında canlanmaya mənfi təsir göstərir. İMB-da süni qiymətləndirmənin, inhisarçılığın və digər problemlərin də mövcud olduğu vurğulanır.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz