Avqustda avtomobil idxalı 24,1% artıb
İyun-avqustda avtomobil idxalçıları tədarükü yenidən artırıb. Avqustda avtomobil idxalı 24,1% artıb. Amma ilin əvvəlindən avtomobil idxalı üçdə bir və ya 23 950 vahid azalıb.
Gömrük Komitəsinin məlumatına görə, avqustda 4 938 avtomobil idxalı bəyan edilib. İyulda bu göstərici 3979, iyunda 3783 olub.
Bu ilin 8 ayında ölkəyə xaricdən 43 276 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 35,7% azdır.
Minik avtomobillərinin xüsusi çəkisi (39 198) idxalda 90,5% təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin tədarükü 21 726 ədəd azalıb.
Maraqlıdır ki, bu ildən Çindən avtomobilləri idxalı artır. İdxal edilən minik avtomobillərinin sayına görə bu ölkə Rusiyaya yaxınlaşır. Dövlətstatkoma görə, bu ilin I yarısında 7,9 min yeni avvtomobil idxal edilib. Bunun 1252 ədədi Çinin, 1598-i RF-in payına düşür. Daha çox avtomobil Koreyadan idxal olunub - 4488 ədəd.
Bu ilin aprelindən avtonəqliyyat vasitələri üçün avro-5 standartı tətbiq edilir. Bundan başqa, iyundan avtomobillərin üçdə ikisinin cəmləşdiyi Bakıda parklama tətbiq edilir və qiymətlər bahalanıb. Amma iyun-avqust tendensiyası göstərir ki, avtomobil idxalı yenidən artır. 08D
-
- Cəmiyyət
- 18 Sentyabr 2014 15:19
-
- İqtisadiyyat
- 18 Sentyabr 2014 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz