İki broker şirkəti fəaliyyətini dayandırıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sentyabrın 16-da “Qarant Invest” broker şirkətinin lisenziyasını ləğv edib. Broker və dilrlərin siyahısında “Standard Kapital” broker şirkətinin də adı yoxdur.
“Qarant Invest” MMC 2011-ci ilin sentyabrında 10 000 manat nizamnamə kapitalım ilə təsis edilib və noyabrda broker lisenziyası alıb. Şirkət hələ ləğv edilməyib və Ziya Məmmədovun ailəsinə məxsus “Garant Holding” şirkətlər qrupuna daxildir. 2013-cü ilin martında Turan məlumat vermişdi ki, “Qarant İnvest” şirkətinin rəhbəri onu atıb və o vaxtdan fəaliyyət göstərmir. “Standard Kapital” MMC-nin (NK – 200 000 manat) broker və diler lisenziyasından imtinası da maraqlıdır. Şirkət bu fəaliyyətlərlə 2004-cü ildən məşğul olub. Bu günlərdə 5 illik lisenziyanın müddəti bitib və “AB Standard” QSC onu uzatmaqdan imtina edib. Bu holdinqə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsi və başqa bir ailə nəzarət edir.
QKDK-ya görə, Azərbaycanda 13 broker, 13 diler, 2 aktivlərin idarə edilməsi, 3 depozitar fəaliyyət lisenziyası var.
Bu ilin iyulunda QKDK broker şirkətlərinə tələbləri dəyişib. 2015-ci ildən onlar yeni qayda ilə işləyəcək. 08B
-
- İqtisadiyyat
- 18 Sentyabr 2014 15:27
-
- İqtisadiyyat
- 18 Sentyabr 2014 15:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz