İlin əvvəlindən xarici dövlət borcu 4,9% artıb
1 iyul 2014-cü il üçün Azərbaycan Respublikasının xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edir, deyə Maliyyə Nazirliyi bildirir.
İlin əvvəlindən xarici dövlət borcu 234,7 mln manat və ya 4,9% artıb.
Ölkənin hər bir sakininə 523,44 manat xarici borc düşür. İlin əvvəlində bu göstərici 21,90 manat az idi.
Maliyyə Nazirliyi qeyd edir ki, borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Qeyd edək ki, ölkənin xarici borcu ildən-ilə artır. 1 yanvar 2013-cü il üçün o, 4 mlrd 481,1 mln manat, 1 yanvar 2012-ci il üçün 3 mlrd 788.3 mln manat, 1 yanvar 2011-ci il üçün $3 mlrd 857.3 mln, 1 yanvar 2008-ci il üçün $2 mlrd 441.9 mln olub. –08B--
-
- İqtisadiyyat
- 18 Sentyabr 2014 15:30
-
- Mədəniyyət
- 18 Sentyabr 2014 16:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz