Avqustda BBVB-da dövriyyə 37,1% azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin avqustunda $40,901 mln və ya 32,083 mln manat olub. Bu, ötən ayla müqayisədə 37,1%, 2012-ci ilin avqustu ilə müqayisədə 43,1% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $1,887 mln, orta günlük dövriyyə $1,604 mln olub.
2013-cü ilin avqustunda BBVB valyuta bölməsinin hərraclarında 3 bank iştirak edib. Hesabat ayında BEST-də 40 hərrac sessiyası keçirilib və 17 əqd qeydiyyata alınıb.
EUR/AZN aləti üzrə dövriyyə 50 000 manat olub. Avronun manata nisbətdə orta ölçülmüş məzənnəsi 1,0430 manat təşkil edib. 8 ayda birja valyuta dövriyyəsi 318,503 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 37,5% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında dəyişməyib və 1 USD üçün 0,7835 olub. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7844 AZN təşkil edib. İyulda o, 0,7841 AZN idi.
Avqustda market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarifi manatla illik 9,74% və ABŞ dolları ilə illik 10,23% təşkil edib. 90 günlük BakiBİD tarifi manatla illik 4,61% və ABŞ dolları ilə 4,39% olub.—15B--
-
- İqtisadiyyat
- 6 Sentyabr 2013 16:18
-
- İqtisadiyyat
- 6 Sentyabr 2013 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz