BTB Bank-ın xalis mənfəəti 14 dəfə artıb
"BTB Bank" 2013-cü ilin I yarısında vergi ödəniləndən sonra 2,47 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 13,7 dəfə çoxdur. Bankın gəlirləri 9,27 mln manat, xərcləri 7,69 mln manat olub. Onlar 72,2% və 45,3% artıb.
Yanvar-iyunda aktivlər 17,6% artaraq 107,85 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 15% artaraq 95,19 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 73,65 mln-dan 87,84 mln manata artıb. Depozit portfeli 16% genişlənərək 49,92 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 33,8% artaraq 43,98 mln manat olub.
Balans kapitalı 10,5% artaraq 20,01 mln manat, məcmu kapital 16,1% artaraq 18,72 mln manat olub. Ödənilmiş nizamnamə fondu 13,6 mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 6 Sentyabr 2013 16:19
-
- İqtisadiyyat
- 6 Sentyabr 2013 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz