Avqustun əvvəlindən Royalbank-ın sığortalanan əmanətçilərinin 16,4 faizi kompensasiya alıb
Bu il avqustun 1-dən Royalbank-ın sığortalanan əmanətçilərinə 11,723 mln manat kompensasiya verilib.
Əmanətlərin Sığortalanması Fondunun məlumatında deyilir ki, 5 sentyabra qədər 7067 əmanətçidən 1162-ə kompensasiya verilib. Beləliklə, sığortalanan əmanətçilərinin 16,4 faizi kompensasiya alıb.
Bundan 1080 rezidentə 8,342 mln manat, 3,094 mln ABŞ dolları (manat ekvivalenti) və 68 min avro və 82 qeyri-rezidentə 213 min manat, 781 min ABŞ dolları və 60 min avro verilib.
ADİF-in seçdiyi üç bankın 27 filailı vasitəsilə əmanətçilərə 14,658 mln manat ödəniləcək. Ödəniş prosesi 20 iyul 2013-cü ilə kimi davam edəcək.
Bu ilin 12 iyulunda AMB "Royalbank"ı lisenziyadan məhrum edib və bunu məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl edilməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirməməsi ilə əsaslandırıb.
Fond 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Üzvləri 43 bankdan 42-dir. Sığorta ehtiyatları 48 mln manatdır. Sığorta kompensasiyasının maksimal həcmi bir əmanət üçün 30 min manatdır. 1 iyun 2010-cu ildən Fond illik faiz dərəcəsi 12%-dən çox olan əmanətləri sığortalamır. –15D--
-
- Söz istəyirəm
- 11 Sentyabr 2012 14:36
-
- Siyasət
- 11 Sentyabr 2012 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz