AVSMMİS üzrə 1686 müqavilə qeydiyyata alınıb
1 noyabr 2016-cı il tarixinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb, deyə İcbari Sığorta Bürosu məlumat verir.
Turan-ın məlumatına görə, bunların 323-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrədir.
Bu növ üzrə sığorta haqlarının məbləği 124,065.75 manat təşkil edib.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən Azərbaycanda AVSMMİS üzrə müqavilələr yalnız elektron qaydada bağlanılır. Əgər şirkətin saytında polislərin onlayn satışı təşkil edilibsə, müqavilə birbaşa bağlanılır. Yoxdursa, şirkətlə əlaqə saxlayıb lazımi məlumatlar verilməlidir. Bundan sonra 9707 nömrəsindən SSM gəlir. Orda ödəniş kodu göstərilir. Ödəniş ediləndən sonra müqavilə qüvvəyə minir. Bank, poçt, internet ödəniş sistemi və terminallar vasitəsilə ödəniş mümkündür. 71D
-
- Cəmiyyət
- 2 Noyabr 2016 13:44
-
- Söz istəyirəm
- 2 Noyabr 2016 13:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz