AVSMMİS üzrə sığorta haqları 1,3% azalıb
2017-ci ilin yanvar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ( AVSMMİS) üzrə sığorta haqları 2016-ci ilin yanvar ayı ilə müqayisədə 1,3% azalaraq 4,6 mln manat olub, deyə İcbari Sığorta Bürosu bildirir.
Turan-ın məlumatına görə, elektron sığorta müqavilələrinin sayı isə 3,8% artıb 59 min 87 sığorta müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, noyabrın 1-dən AVSMMİS üzrə sığorta müqavilələri yalnız elektron formada bağlanır.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti müqavilə bağlayır - «Atəşgah», «Standard İnsurance», «AtaSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «AXA MBASK», «AzSığorta», Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkət, «Meqa Sığorta», «İpək Yolu», «Azərbaycan Sənaye Sığorta», «Qala Sığorta», «Günay Sığorta». 71D
-
- Cəmiyyət
- 10 Fevral 2017 12:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz