Avstriya şirkəti BNEZ-də bitum qurğusunun inşası üzrə podratçıdır
Avstriyanın "PoernerGmbH" şirkəti Heydər Əliyev adına NEZ-də yeni bitum qurğusunun inşası üzrə SOCAR-ın podratçısı olub. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Qeyd olunur ki, bitum qurğusu müəssisənin yenidənqurma və modernizasiya layihəsi çərçivəsində inşa ediləcək.
Bu, keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.
Yeni bitum qurğusunun gücü ildə 400 min ton olacaq. Obyektin istismara verilməsi 2018-ci ilin ortalarına planlaşdırılıb.
Buna qədərsə Azərbaycanda bitum istehsalı “Azərneftyağ” NEZ-in bitum qurğusunda davam etdiriləcək. Yeni bitum qurğusu istismara verildikdən sonra ildə 250 min ton gücü olan mövcud qurğu söküləcək. —12D—
-
- İqtisadiyyat
- 3 Avqust 2016 11:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz