Avtomobil idxalı 36,9% azalıb
Yanvarda da avtomobil idxalı azalmaqda davam edib. 2014-cü ilin eyni ayı ilə müqayisədə idxal edilən avtomobil sayı 36,9% azalıb, deyə Gömrük Komitəsi məlumat verir.
Amma iyunda I Avropa Oyunları ilə bağlı dövlətin xətti ilə avtobus və minik avtomobili tədarükü artır. Təkcə polis üçün 700-dən çox avtomobil alınıb.
Yanvarda ölkəyə 4 min 90 avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2014-cü ilin yanvarındakından 2387 ədəd, 2013-cü ilin yanvarındakından 3 min 39 ədəd azdır. Bu il avtomobil idxalının daha da azalacağı gözlənilir. Səbəb aksiz dərəcəsinin artırılmaısıdır. Ekspertlər təkrar avtomobil bazarında da azalma qeydə alır. Yanvarda 3870 minik avtomobilinin idxalı bəyan edilib. Bu, ötən ilin yanvarındakından 34,7% (2 min 55 ədəd) azdır.
Həmçinin xaricdə 66 (+51) avtobus, 146 (-366) yük avtomobili və 8 (-17) xüsusi təyinatlı avtonəqliyyat vasitəsi alınıb.
Xatırladaq ki, 2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2013-cü ildəkindən 39,3% (41 017 ədəd) azdır 08D
-
- İqtisadiyyat
- 19 Fevral 2015 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz