Avtonəqliyyat idxalı artıb
Martda Azərbaycana 541 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, ilin ilk 3 ayında ən yüksək göstəricidir, deyə Gömrük Komitəsi məlumat verir.
Müşahidəçilər qeyd edir ki, Azərbaycan iqtisadiyyatı resessiya yaşayır və sahibkarlığın ayrı-ayrı sahələrində müqavimət və inkişafa cəhdlər edilir. Dünya avtoistehsalçılarının rəsmi nümayəndələri və dilerləri idxal avtomobillərini satmaqda çətinlik çəkir.
Bu ilin yanvarında Azərbaycana 437 ədəd, fevralda 384 ədəd müxtəlif avtomobil tədarük edilib.
Birinci rübdə avtonəqliyyat vasitələrinin idxal həcmi 1362 ədəd olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 8763 ədəd azdır.
Bu il xaricdə 1235 ədəd minik avtomobili (2015-ci ilin eyni dövründə 9256), 19 (203) avtobus və mikroavtobus, 97 (500) yük avtomobili və 11 (76) ədəd xüsusi texnika alınıb. 08D
-
- İqtisadiyyat
- 18 Aprel 2016 14:19
-
- İqtisadiyyat
- 18 Aprel 2016 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz