AYIB və Access Bank tikinti biznesini birgə maliyyələşdirir
“AccessBank” və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi üçün kredit müqaviləsini imzalayıb. Bankdan verilən məlumata görə, vəsaitləri “Eurohome” şirkəti maliyyələşdirəcək.
Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. “Eurohome” Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir”, - deyə “AccessBank” adından idarə heyətinin sədri Michael Hoffmann deyib.
“AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. --17D—
-
- İqtisadiyyat
- 18 Aprel 2016 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz