Avtonəqliyyat vasitələrinin idxalı 9,2% azalıb
Bu ilin yanvarında Azərbaycana 6 477 avtonəqliyyat vasitəsi idxal olunub, bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,2% azdır. Mütəxəssislər avtombillərin idxalında fəallığın aşağı düşməsini Euro-4 ekoloji standarta keçid prosesinə hazırlıq, avtomobil kreditlərinin sərtləşdirilməsi, həmçinin avtomobil yanacağının pərakəndə satış qiymətlərinin artırılması ilə izah edir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda ölkəyə 5 925 minik avtomobili gətirilib, bu da ötən ilin eyni ayı ilə müqayisədə 572 vahid, yaxud 8,9% azdır.
Həmçinin ötən ayda ölkəyə 15 avtobus (-79), 512 yük avtomobili (+60) və 25 xüsusi təyinatlı avtomobil (-61) gətirilib.
Ötən il Azərbaycana 104,4 min avtomobil idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda yeganə minik avtomobili istehsalçısı olan Naxçıvan avtomobil zavodu 39 maşın buraxıb. Fevralın 1-ə zavodun anbarlarında 196 Lifan avtomobili var. Gəncə avtomobil zavodunda 111 “Belarus” traktoru yığılıb. 08D
-
- İqtisadiyyat
- 18 Fevral 2014 16:01
-
- Dünyada
- 18 Fevral 2014 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz