Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə sayı 4,7% artıb
2016-cı ilin avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınıb, deyə İcbari Sığorta Bürosu məlumat verir.
Turan-ın məlumatına görə, müqavilələrin 14 min 62-i xarici ölkədə qeydiyyata alınıb Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrədir.
Deyilən dövrdə standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manat təşkil edib.
2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilib.
2016-cı ilin avqust ayında sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 33% (2 mln 493,616 manat) artırıb.
Cəmi 1,986 min sığorta hadisəsi üzrə ödəniş edilib. 72D
-
- Siyasət
- 1 Sentyabr 2016 11:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz