AXA Mbask nizamnamə kapitalını artırır
«AXA Mbask» sığorta şirkəti nizamnamə kapitalını 37,1% artıraraq 9 mln 231,03 min manata çatdıracaq. Bunun üçün 2 mln 500 min manatlıq səhm buraxılacaq, deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bildirir.
Paket nominalı 382 manat olan 6 min 545 səhmdən ibarətdir.
«AXA Mbask»ın nizamnamə kapitalı 6 mln 73 min manatdır.
Səhmdarları AXA Seguros Generales, S.A., De Seguros YReaseguros(84%) və fiziki şəxsdir (16%). --17D—
-
- Cəmiyyət
- 5 Yanvar 2015 14:28
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 17:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz