- İqtisadiyyat
- 2 Dekabr 2013, 10:45
- 230
AZAL Bakı-London-Bakı marşrutu üzrə aksiyaya balayıb
"Azərbaycan Hava Yolları" QSC ""Bakı-London (və ya London -Bakı) marşrutu ilə “2 bilet al və 3-cü bileti pulsuz əldə et!" aksiyası elan edib.
Aviaşirkətin saytı məlumat verir ki, aksiya 1 mart 2014-cü ilə qədər "AZAL" QSC reysləri üçün qüvvədədir.
Kampaniyanın mahiyyəti ondan ibarətdir ki, məsələn, Bakıdan Londona uçan 3 nəfər iki biletin pulunu, 3-cü aviabilet üçün yalnız vergilər və rüsumlar ödəyəcək.
“Silk Way Travel” şirkətində Turan-a bildiriblər ki, bir tərəfə biletin qiyməti 215 manat, iki istiqamətə isə 592 manatdır. İki istiqamətə vergilər və rüsumlar 203 manatdır.
"Azərbaycan Hava Yolları" Londona hər gün uçuş həyata keçirir. 08D
-
- Cəmiyyət
- 2 Dekabr 2013 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz