AZAL biletlərinin qiymətinin ucuzlaşdığı haqqında məlumatlar təsdiqini tapmır
Bəzi hakimiyyətyönlü saytların AZAL dövlət aviasiya şirkətinin bilet qiymətlərinin ucuzlaşması haqqında yaydığı məlumatlar təsdiqini tapmır.
AZAL-dan şərh almaq mümkün olmayıb. Aviaşirkət özü də reyslərinin qiymətlərinin ucuzlaşması haqqında məlumatları təsdiq və ya təkzib edən hər-hansı bəyanat, məlumat yaymayıb.
Qeyri-rəsmi məlumatlara görə, AZAL rəhbərliyi qiymətlərin ucuzlaşdırılması imkanına baxır, amma hələlik heç bir qərar qəbul edilməyib.
İyulun 13-də dövlət başçısı İlham Əliyev AZAL-ın qiymət siyasətini tənqidə məruz qoyub və şirkəti sərnişindaşıma tariflərini azaltmağa çağırıb.
Qeyd edək ki, müxalif mətbuat və sosial şəbəkə istifadəçiləri artıq bir ildən çoxdur biletləri digər aviaşirkətlərdən 50-80% baha satan AZAL-ın inhisarçılığına və özbaşınalığına görə hakimiyyəti tənqid edir.
Bundan başqa, AZAL kiçikbüdcəli şirkətlərin Azərbaycana girişini bağlayıb. İş o yerə çatıb ki, bir çox Azərbaycan vətəndaşları Tbilisiyə gedib, oradan xaricə uçur. Beləliklə, xaricə səfər iki-üç dəfə ucuz başa gəlir. -06D-
-
- Siyasət
- 15 İyul 2015 19:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz