AZAL turoperatorlara güzəştli tarif tətbiq edir
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Praqa-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərindəki uçuşlara xüsusi güzəştli ekonom sinif tarifi tətbiq edir. Bu şəhərlərə tur paket əldə etdikdə, “gediş-dönüş” aviabileti 200 EUR məbləğində rəsmiləşdirilir (qiymətə hava limanı yığımları daxil deyil).
Tarif 31 oktyabr 2012-ci ilə kimi qüvvədədir.
Qeyd edək ki, hər iki istiqamətə adi biletin qiyməti belədir:
Bakı-Praga-Bakı – 444 manat;
Bakı-Milan-Bakı – 423 manat;
Bakı-Roma-Bakı – 420 manat;
Bakı-London-Bakı – 545 manat;
Bakı-Paris-Bakı – 441 manat.
AZAL yeni tarifləri Bakı-İstanbul marşrutu üzrə rəqibi “Turkish Airlines”in 1 noyabrda başlayan güzəşt kampaniyası fonunda tətbiq edib. Türkiyə aviaşirkəti deyilən şəhərlərə transit reyslərini minimal qiymətlə həyata keçirir. 08D
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 16:04
-
- Cəmiyyət
- 5 Oktyabr 2012 17:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz