Bakıda kapital bazarlarının problemləri üzrə beynəlxalq konfrans keçirilir
Bakıda “Kapital bazarlarının formalaşdırılması - trendlər, çağırışlar, imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Forumun işində 21 ölkənin təmsilçiləri iştirak edir və o, Milli Depozit Mərkəzinin 15 illiyinə həsr edilib.
Dünya Bankının Bakı ofisinin təmsilçisi Rufiz Çıraqzadə çıxışında qeyd edib ki, Azərbaycanın maliyyə bazarı əsasən bank kapitalı hesabına inkişaf edir. İqtisadiyyatın ümumi inkişafı üçün prosesə iqtisadiyyatın başqa sektorları da qoşulmalıdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qeyd edib ki, «Qiymətli kağızlar haqqında» qanun layihəsi «fond bazarında vəziyyəti dəyişməyə» və investisiya prosesini gücləndirməyə qadirdir. Hökumət sənədə baxır. Onun sözlərinə görə, qanun layihəsində investisiya şirkətlərinin təşkili və fəlaiyyəti proseduru əksini tapıb. Qanun emitent və investorların hüquqların qorunmasının gücləndirilməsinə yönəldilib.
MDM 1400-dən çox qiymətli kağız emitentinə xidmət edir. Onun təsisçisi QKDK-dır. 08D
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz