- İqtisadiyyat
- 7 Sentyabr 2013, 14:31
- 122
Azərbaycan-ABŞ arasında rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə edilib
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov avqustun 3-dən 5-dək Nyu-Yorkda səfərdə olub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub.
Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub.
ABŞ Dövlət Departamentində Beynəlxalq Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.
Bundan başqa, nazir ABŞ-ın “ITT Exelis” qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və “Futron” şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib. -03D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz