Azərbaycan AYİB ilə əməkdaşlıq konturlarını cızıb
Azərbaycan Avropa İnkişaf Yenidənqurma və İnkişaf Bankına (AYİP) ölkədəki sənaye parklarına və məhəllələrinə investsiya qoyuluşunu, aqroparkların təşkilinə dəstək göstərilməsini, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq təklif edib. Bu təkliflərlə iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 12-də Londonda AYİB prezidenti Suma Çakrabarti ilə görüşündə çıxış edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Turan-a bildirilib ki, əsas təkliflərdən biri 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında yardım göstərməkdir.
AYİB-in illik toplattısı çərçivəsində bu ilin mayında Azərbaycan hökuməti ölkənin investorlar üçün təqdimatını keçirməyə hazırlaşır. İyunda bankın prezidenti Bakıya gələcək.
Qeyd edək ki, 1990-cı ilin əvvəllərindən AYİB 161 layihə çərçivəsində $2,8 mlrd. kredit ayırıb. Bank özəl sektorda 151 layihəni maliyyələşdirib.
AYİB bir neçə özəl bankın və sənaye şirkətinin səhmdar kapitalında iştirak edir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz