Azərbaycan bankları valyuta satışını məhdudlaşdırıblar
Şənbə günündən Azərbaycan banklarında dollar qıtlığı müşahidə olunur. Bazar ertəsi səhərdən vəziyyət dəyişməyib.
Dollar almaq istəyənlərə onu ya vermirlər, ya da məhdud həcmdə verirlər. Səhərdən dollar qıtlığı barədə məlumatlar sosial şəbəkələrdə də yayılır.
Turan bununla əlaqədar bir neçə bankda sorğu aparıb.
“Respublika” Bankdan bildiriblər ki, bu gün dollar satışı dayandırılıb. Bunun bankın öz qərarı olduğu deyilir.
“Rabitəbank”dan bildirilib ki, dollar məhdud həcmdə satılır: bir ələ 200 dollar (bu qədər də avro) verilir.
“Atabank” və “Bank Standart”da deyiblər ki, satış üçün limit bir ələ $500 təşkil edir.
Azərbaycan Beynəlxalq Bankından və “Kapital Bank”dan bildirilib ki, valyuta satışı həyata keçirilir, lakin hər hansı məhdudiyyətin olub-olmadığını söyləməyiblər.
Yalnız bir bankda – “YapıKredi Bank”da bildiriblər ki, dollar satışı məhdudiyyətsiz həyata keçirilir.–74В-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz