Azərbaycan banklarının yekun mənfəəti il ərzində 17,3% azalıb
Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri 2012-ci ilin yanvar-sentyabrında 1173,31 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 132,53 mln manat və ya 12,7% çoxdur. Qeyri-faiz gəlirləri 18,2% artaraq 267,94 mln manat olub.
Hesabat dövründə bankların xərcləri 106,46 mln manat və ya 6,1% artaraq 912,66 mln manat təşkil edib. Aktivlər üzrə ehtiyat ayırmalar ötən ilin eyni dövrü ilə müqayisədə 42,52 mln manat və ya 36,8% artaraq 158,21 mln manat (aktivlər il ərzində 18% artıb) olub.
AMB-dən Turan-a verilən məlumata görə, bank gəlirlərinin strukturunda əsas hissə faiz gəlirlərinin – 77,2%, xərclərdə faiz ödəmələrinin (52,5%) payına düşüb.
Vergi ödənilənə qədər bankların illik mənfəəti 103,36 mln manat olub. Bu, ötən ilin yanvar-sentyabrındakından 13% azdır. Bank sisteminin yekun mənfəəti il ərzində 17,3% azalaraq 90,18 mln manat olub.
Doqquz ayda 33 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 183,40 75 mln manat olub. 10 ziyanla işləyən bankın itkisi 93,57 mln manat təşkil edib. 2011-ci ilin eyni dövrü ilə müqayisədə mənfəətli bankların sayı 1 vahid artıb. Ziyanla işləyən bankların sayı 2 vahid azalıb, onların ümumi itkisi isə 4,8 dəfə artıb. --15В--
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 15:43
-
- Cəmiyyət
- 19 Noyabr 2012 15:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz