Adambaşına pul gəlirləri kağız üzərində 300 manatdır
Bu ilin on ayında Azərbaycan əhalisinin pul gəlirləri 27,1 mlrd manat olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 13,7% çoxdur. Dövlətstatkom əhalinin gəlirlərini makroiqtisadi göstəricilər, bank əmanətləri, xarici valyuta alışı, daxili əmtəə dövriyyəsi, pullu xidmətlər və s . əsasında hesablayıb.
Yanvar-oktyabrda ölkə əhalisinin adambaşına gəlirləri 3000 manat və ya ayda 296 manat olub. Bu, ötən ilin eyni dövründəkindən 12,2% çoxdur.
Qeyd edək ki, əhalinin məşğulluğu (4 421 min nəfər) vətəndaşların sayına nisbətdə 47,5%-dir. Kənd və meşə təsərrüfatı, balıqçılıqda işləyən əhalinin üçdə biri məşğuldur. Onların gəlirləri ölkə üzrə orta göstəricidən iki dəfə azdır. Təhsil (350 min nəfər) və səhiyyə (165 min nəfər) işçilərinin gəliri orta hesabla 170 manatdır. 120 mindən çox ailə aztəminatlı sayılır. Çünki gəlirləri ehtiyac meyarından - adambaşına 84 manatdan azdır. Ekspertlər hesab edir ki, bu ziddiyyətlər cəmiyyətin varlı kasıblara ciddi təbəqələşdiyini göstərir.
Sorğu əsasında əldə edilən rəsmi məlumata görə, 2011-ci ildə hər bir vətəndaş ayda 160 manat gəlir əldə edib. DSK-da Turan-a bildiriblər ki, sorğuda varlılar iştirak etmir. Onlar öz villalarının qapısını Dövlətstatkom əməkdaşlarına açmır. 08B
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 14:55
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 15:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz