Xarici valyuta kütləsi il ərzində 2,7% azalıb
Bu ilin sentyabrında pul kütləsinin həcmi 184,1 mln manat və ya 1,5% artaraq 12402,4 mln manat olub. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2772,1 mln manat və ya 28,8% artıb.
AMB-nin pul siyasəti üzrə 3 rübün yekununa dair məlumatına əsasən, sentyabrda bank sistemindən kənarda nağd pul həcmi 170,8 mln manat və ya 2,2% artaraq 8315,4 mln manata çatıb. Nağdsız manat həcmi 3,3 mln manat və ya 0,1% artaraq 4087 mln manat olub. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 32,9%-dək azalıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 340,3 mln manat və ya 2,3%, il ərzində 21,3% artaraq 15343,3 mln manat olub.
Bank sistemində xarici valyuta kütləsinin həcmi sentyabrda 156,3 mln manat və ya 5,6% artaraq 2941 mln manat ekvivalenti təşkil edib. Il ərzində xarici pul kütləsi 2,7% azalıb. Ümumi pul kütləsində manat resurslarının payı 80,8% təşkil edib. Bu, ötən ilin 1 oktyabr göstəricisindən 4,7% çoxdur.
Pu bazasının ümumi həcmi sentyabrda 223,4 mln manat və ya 2,2%, il ərzində 29% artaraq 9399,7 mln manata çatıb. Manat pul bazası ay ərzində 223,4 mln manat və ya 2,4% artaraq 9299,8 mln manat olub. --15В--
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 14:46
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 15:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz