Azərbaycan Belarusdan iri tonnajı avtonəqliyyat alacaq
“Daskəsən Filizsaflaşdirma” Belarusdan 12 ədəd yeni “BelAZ” markalı karyer yük avtomobili alacaq. Tərəflər lizinq və zəmanət haqqında saziş imzalayıb.
Azərbaycan şirkəti ilə “BelAZ” ASC-nin “İrridio Motors” lizinq şirkəti arasında sazişə əsasən, alınacaq “BelAZ-7547” markalı 10 avtomaşının yükgötürmə qabiliyyəti 45 ton, “BelAZ-75131” markalı 2 avtomaşınının yükgötürmə qabiliyyəti isə 140 tondur. Sazişin qiyməti açıqlanmır. Satışda “BelAZ-7547” yük avtomobillərinin qiyməti 236 min ABŞ dollarıdır.
Müqavilənin müddəti 4 il, ödəniləcək faiz dərəcəsi isə 4 faiz həcmində müəyyənləşdirilib.
“Daskəsən Filizsaflaşdirma” “Azərbaycan Polad İstehsali Kompleksi” QSC-yə daxildir. İyunun əvvəlində prezident İlham Əliyev dövlət büdcəsindən bu kompleksə 5 mln manat ayırıb. QSC-nin İH sədri Samir Cəfərov KİV-ə bildirib ki, yük texnikasının yenilənməsi xərcləri 20% azaltmağa imkan verəcək. Onun sözlərinə görə, Belarus və Yaponiyadan daha bir neçə avtonəqliyyat vasitəsi alınacaq. Bu ilin 5 ayında “Daskəsən Filizsaflaşdirma” 52 min ton dəmir filizi çıxarıb. Bu, ötən ilin eyni dövründəkindən 27,2% azdır.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Belarusdan $24 247,4 min qiymətində 1168 traktor, 3 avtobus ($500,6 min) və 12 yük maşını ($1 mln 88 min) alınıb. 08D
-
- İqtisadiyyat
- 1 İyul 2014 15:31
-
- Cəmiyyət
- 1 İyul 2014 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz