Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının İKT-nin inkişafı indeksində 67-ci yeri tutub
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İnformasiya kommunikasiya texnologiyalarının inkişafı indeksi (IDI) üzrə 193 ölkə arasında 67-ci yeri tutub.
ITU-nun "İnformasiya cəmiyyyətinin ölçülməsi-2015" hesabatında deyilir ki, Azərbaycan 2013-cü illə müqayisədə 3 bənd yüksəlib. ITU-nin hesablamalarına görə, Azərbaycanın IDI-si bu il 5,79 təşkil edib: "Azərbaycan İKT xidmətinin orta qiyməti üzrə 170 ölkə arasında 60-cı olub" (ÜDM-in 1,4%-i). Buraya telefon, mobil rabitə və geniş zolaqlı internetin orta qiyməti daxil edilib. Ötən il geniş zolaqlı internetə çıxış nəzərə alınmadan bu göstərici 0,5% idi.
Azərbaycanda ev telefonundan 18,87%, mobil rabitədən 110,9%, kompüterdən ev təsərrüfatlarının 51,7%-i istifadə edir. Ev şəraitində internetdən 54,6%, cəmi 61% istifadə edir.
Geniş zolaqlı internetdən 20%, onun mobil analoqundan 47% istifadə edir. ---17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz