Azərbaycan elektroenergetikanın inkişafı üçün $332 mln kredit götürəcək
2015-2017-ci illərdə Asiya İnkişaf Bankı energetika və nəqliyyat infrastrukturunu inkişafı üçün Azərbaycana $518 mln ayıracaq. Bu barədə bankın saytı məlumat verir.
Məlumatda bildirilir ki, bu vəsaitlər 2015-2017-ci illərdə Azərbaycanda əməliyyatlar üzrə biznes plan əsasında ayrılacaq.
Beləliklə, 2015-2016-cı illərdə "Elektrik enerjisinin paylanmasının inkişafı layihəsi" $332 mln ayrılacaq. Bunun $250 mln-u AİB-in payına düşəcək. Qalan vəsaiti Azərbaycan hökuməti ayıracaq.
2016-2017-ci illərdə Azərbaycan və AİB "Bərpa olunan enerji mənbələrinin inkişafı" layihəsi həyata keçirəcək. Bu məqsədlə $53 mln ayrılacaq. Bunun $40 mln-u AİB ayıracaq, deyə məlumatda bildirilir.
2015-2017-ci illərdə Azərbaycan və AİB nəqliyyat sahəsində sayca üçüncü “Yol-nəqliyyat şəbəkəsinin inkişafı” layihəsini həyata keçirəcək. $133 mın vəsaitin $100 mln-u AİB təmin edəcək.
10 fevral 2015-ci ildə Azərbaycanda “Bakıelektrikşəbəkə”nin bazasında “Azərışıq” ASC yaradılıb. Ehtimal ki, yeni layihə regionlarda paylaşma şəbəkələrinin modernləşdirilməsi üçün lazımdır.–12D--
-
- İqtisadiyyat
- 13 Aprel 2015 13:13
-
- Analitika
- 13 Aprel 2015 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz