Azərbaycan Energetika Nazirliyi "yaşıl" enerji sahəsində əməkdaşlığa dair iki müqavilə imzalayıb
Azərbaycan Energetika Nazirliyi "yaşıl" enerji sahəsində əməkdaşlığa dair iki müqavilə imzalayıb
Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci iclası çərçivəsində Azərbaycan Energetika Nazirliyilə Amerikanın NobelEnergy və İspaniyanın Elecnor şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Energetika Nazirliyi və NobelEnergy arasında imzalanan anlaşma memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur. Tərəflər elektrik enerjisi istehsalı, satışı və istehlakı məsələlərində də əməkdaşlıq edəcəklər.
İspaniyanın Elecnor şirkətilə imzalanan memorandum Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə tutur.
-
- Siyasət
- 2 Mart 2024 10:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz