Azərbaycan ət konservi ixracını azaldıb
Bu ilin 9 ayında Azərbaycan 859,6 ton mal əti konservi ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 453,7 ton azdır, Gömrük Komitəsi məlumat verir.
Əti konservi ixracı $3 mln 843,2 min gətirib. Amma ötən illə müqayisədə mədaxil $4 mln azalıb. Bu il məhsul İraq (810,6 ton), Gürcüstan (45,7 ton) və İrana (2 ton) ixrac edilib.
Azərbaycanda əti konservlərinin yeganə istehsalçısı Xaçmazdakı “Qafqaz Konserv Zavodu” MMC-dir ( “Azersun Holdinq” qrupuna daxildir).
Bir kq ət konservi $4,47-a ixrac olunur. Bu, ötən ilkindən $1,34 ucuzdur.
Dövlətstatkoma görə, 2014-cü ildə Xaçmazda ət konservi istehsalı 1479 ton təşkil edib. Bu, ötən ilkindən 8,7% azdır. 2005-ci ildə istehsal həcmi 3600 ton olub.
Konservləşdirilmiş mal əti əsasən Rusiya (152,5 ton), Ukrayna (134,6 ton) və Almaniyadan (23,4 ton) idxal edilir. Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin məlumatına əsasən, «OVA» (RF), «Orşansk» (Belarus) konservlərini “Veysəloğlu” şirkəti idxal edir.
Rusiya istehsalı ət konservləri Azərbaycan gömrüyündə 0,79$/kq, Ukrayna istehsalı 4,4$/kq, Almaniya istehsalı 5,2$/kq bəyan edilir.
DSK-ya görə, yanvarda pərakəndə satışda yerli əti konservi 5,73AZN/kq, idxal konservi 5,97AZN/kq olub. Oktyabrda bu göstəricilər müvafiq olaraq 5,95 və 6,34-a bahalanıb. 08B
-
- İqtisadiyyat
- 7 Dekabr 2015 13:16
-
- İqtisadiyyat
- 7 Dekabr 2015 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz