Azərbaycan Gömrük İttifaqına daxil olmaq istəmir
Azərbaycan Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqına daxil olmamaq qərarını açıqlayıb. Bu barədə Azərbaycan Dövlət Gömrük Xidmətinin rəhbəri Aydın Əliyev bildirib. O Avrasiya İqtisadi Komissiyasının gömrük sahəsində əməkdaşlıq üzrə naziri Vladimor Qoşinlə görüşdə bildirib ki, Azərbaycan bu təşkilata daxil olmayacaq.
Görüş Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) qərargah-mənzilində Gömrük sahəsində Əməkdaşlıq Şurasının sessiyası və Qlobal Aksiz Sammiti çərçivəsində keçirilib, xəbəri bu gün Dövlət Gömrük Xidmətinin mətbuat xidməti yayıb.
Gömrük İttifaqı Belarus, Qazaxıstan və Rusiyanın ticarət-iqtisadi inteqrasiyası formasıdır, gömrük rüsumlarının və iqtisadi xarakterli məhdudiyyətlərin tətbiq edilmədiyi vahid gömrük ərazisi yaradılmasını nəzərdə tutur.
Gömrük İttifaqının iştirakçısı olan ölkələr vahid gömrük tarifi və üçüncü ölkələrlə ticarətin tənzimlənməsi üzrə digər addımlar qəbul edəcəklər.
Gömrük İttifaqına daxil olma barədə təkliflərə gəlincə, Azərbaycan son vaxtlar Moskvadan bu təklifi alır. Sonuncu dəfə iyulun əvvəllərində Bakıda Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin belə təklif irəli sürüb. -0-
-
- Siyasət
- 16 İyul 2012 15:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz