Azərbaycan gömrükçüləri İsraildən olan həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İsrail Gömrük Direktorluğunun Gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadadla görüşdə təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşməsi məsələsini müzakirə ediblər. Görüşdə İsrail tərəfdən üç ekspert iştirak edib.
2012-ci ildə tərəflər qarşılıqlı yardım barədə saziş imzalayıb. Aydın Əliyev bildirib ki, bu sənəd “iki ölkənin gömrük strukturlarının «əlaqələrinin inkişafı və inteqrasiyasına təkan verib”.
Avraham Hadad bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
DGK-nın məlumatına görə, 2013-cü ilin 7 ayında Azərbaycanda İsrailə əmtəə ixracı həcmi 58,2% azalaraq $584,5 mln olub. İsrail mallarının idxalı 76,5% azalaraq $8,7 mln təşkil edib. 08D
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 14:43
-
- Siyasət
- 10 Sentyabr 2013 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz