Azərbaycan iqtisadiyyatı bu il karbohidrogenlərdən asılılıq üzündən zəifləməkdə davam edəcək
“Standard & Poor`s” kredit reytinqləri xidməti 2016-cı ildə Azərbaycanda adambaşına ÜDM-nin iki dəfə azalacağını proqnozlaşdırır. 21 fevral (-34,5%) və 21 dekabr devalvasiyası (- 48%) institutun gözləntiərinə adekvat təsir edib – ötən il bu göstərici $8 min idisə, 2017-ci ilin yanvarında $4,1 min təşkil edəcək.
Agentlik 2016-cı ildə Azərbaycanda inflyasiya üzrə proqnozu 2012-2015-ci illərdə orta hesabla 2%-ə qarşı 15% səviyyəsində təsdiq edib.
Manatın devalvasiyası AMB-yə xarici valyutada qalan ehtiyatları saxlamağa imkan verəcək və büdcə göstəricilərinin dəstəklənməsinə şərait yaradacaq, amma həm də gəlirlərin mühüm dərəcədə azalmasına səbəb olacaq.
S&P xatırladır ki, Azərbaycan iqtisadiyyatı əmtəə ixracının 95%-ni təmin edən neft-qaz sektorundan əvvəlki kimi asılı vəziyyətdədir. Bundan başqa, AMB-nin xarici valyutada ehtiyatları 2014-cü ilin ortalarındakı $15 mlrd-dan bu ilin yanvarında $5 mlrd-a azalıb.
Agentlik qeyd edir ki, Azərbaycan iqtisadiyyatı korreksiya mərhələsindədir, çünki dünya bazarında neftin qiyməti ucuzlaşıb. Neftin ucuzlaşması iqtisadi artım perspektivlərinin pisləşməsi ilə şərtlənib, bununla əlaqədar manatın zəifləməsi isə gələcəkdə daxili istehlakın azalması, inflyasiyanın artımı, həmçinin real sərəncamda olan gəlir və investisiyaların azalmasına səbəb olub. --17D—
-
- Cəmiyyət
- 19 Fevral 2016 19:11
-
- İqtisadiyyat
- 19 Fevral 2016 19:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz