Azərbaycan kapitalı Gürcüstana axır
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) işgüzar adamları 4-5 sentyabrda «Invest in Georgia 2015» investisiya forumuna dəvət edir. Maraqlananlar Aynur Alışlıya müraciət edə bilər (+99412) 598 01 47/8 , aalishli@azpromo.az.
Azərbaycanda iqtisadi situasiya pisləşdiyi üçün Оölkə biznesmenləri Gürcüstana can atır. 2014-cü ildə biznes mühit üzrə bu ölkə 43-cü yeri tutub (Azərbaycandan 22 pillə yüksək). Azərbaycanda iqtisadi vəziyyət psiləşdiyi üçün fərq daha da arta bilər.
2014-cü ildə Gürcüstana xarici investisiyalar $1272 mln olub. Bu, 2013-cü ildəkindən 39% çoxdur.
2014-cü ildə Azərbaycan Gürcüstana investisiyalarda $302 mln-la ikinci olub. I yeri Niderland, üçüncü yeri Çin tutub. Bu ilin I rübündə Azərbaycan Gürcüstana investisiyalarda birincidir. $444 mln-ın $59 mln-u və ya 34% Azərbaycanın payına düşüb. İkinci yeri Türkiyə ($27 mln), üçüncü yeri Rusiya ($27 mln) tutub.
Azərbaycan biznesmenləri arasında sorğu göstərir ki, onları şəffaf və sadə vergi sistemi, sadə gömrük prosedurları, dövlətin biznesə müdaxilə etməməsi, mülkiyyətin qorunması və Gürcüstan hökumətinin təşviq siyasəti cəlb edir.—0—
-
- İqtisadiyyat
- 5 Avqust 2015 08:46
-
- İqtisadiyyat
- 5 Avqust 2015 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz