Azərbaycan Kredit Bankı nizamnamə kapitalını 50 mln manata çatdıracaq
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Kredit Bankı" ASC-nin 38,752 mln manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektin dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emisisya hər bir səhmin nominal dəyəri 224 manat olmaqla 173 min qiymətli kağızdan ibarətdir. Hələlik «Azərbaycan Kredit Bankı»nın nizamnamə kapitalı 11,5 mln manatdır. Yerləşdirmədən sonra bankın kapitalı 50,25 mln manata çatacaq.
Bu, autsayderlər arasında başqa banklarla birləşmək istəməyib kapitalını artıran yeganə bank deyil. Ötən həftə BFB bildirdi ki, «Evrobank» kapitallaşmasını dörd dəfə artırıb.
«Azərbaycan Kredit Bankı» 2005-ci ildə yaradılıb. Səhmdarları fiziki şəxslər Şirxa Abbasov (36,64%), Nazim Abbasov (35,56%) və Cəmilə Abbasovadır (27,8%).--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz