Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsini qaldırıb (YENİLƏNİB)
Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsini 1,7039 manata qaldırıb.
Turan məlumat verir ki, çərşənbə axşamı valyuta hərracında Amerika valyutasının məzənnəsi 1,7024 manat səviyyəsində müəyyən edilib.
Noyabrın 15-də rəsmi məzənnə 1,6954 manat olub. –71D-
2016 Noyabr 15 (Çərşənbə axşamı) 12:42:30
Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında manat dollara nisbətdə 0,4% ucuzlaşıb.
Turan-ın məlumatına görə, hərrac 1 USD/1.6954 AZN məzənnəsi ilə başlayıb və 1 dollar 1.7024 manat məzənnə ilə başa çatıb.
Oktyabrın ortalarından başlayaraq, dolların manata nisbətdə məzənnəsi durmadan artır. Ekspertlərin proqnozlarına görə, ilin sonuna qədər dolların məzənnəsi 1,80-1,85 manata çatacaq. -71D-
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 17:03
-
- Siyasət
- 15 Noyabr 2016 18:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz