Sentyabrda muzdla çalışan işçilərin sayı 3,8 min nəfər azalıb
2016-cı il oktyabrın 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,4 min nəfər olub. Bu, bir ay öncəkindən 3,8 min nəfər azdır.
Dövlətstatkomun məlumatına görə, onlardan 886,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ay ərzində dövlət müəssisə və təşkilatlarında işləyənlərin sayı 1,1 min, özəl strukturlarda işləyənlərin sayı 2,7 min nəfər azalıb.
Muzdla çalışan işçilərin sayı son bir neçə ildə 1,5 mln nəfər ətrafında dəyişir. Halbuki hökumət bir neçə yüz min daimi iş yerinin açıldığını bəyan edir. 08D
-
- Cəmiyyət
- 15 Noyabr 2016 16:09
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz