Azərbaycan mis filizi və konsentratı ixracını artırıb
Bu ilin 9 ayında Azərbaycan 8 min 114,5 ton mis filizi və konsentratı ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 3,1 dəfə çoxdur.
Gömrük Komitıəsinin məlumatına görə, təkcə 3-cü rübdə 3 min ton mis filizi ixrac edilib. Bu həcmin hamısı Gürcüstanın payına düşür.
Mis filizi ixracından $10 mln 280 min əldə edilib. Bu, 2015-ci ildəkindən 2,4 dəfə çoxdur.
Bundan başqa, 2016-cı ilin 9 ayında Azərbaycan 5767 ton emal edilməmiş və ilkin emal misi ixrac edib. Ümumi gəlir $12 mln 245 min olub.
Dövlətstatkom mis filizi və konsentratın daha az həcmi barədə məlumat verir – 1 min 595,1 ton. Bununla birgə, istehsal həcmi ötən ilin eyni dövründəkindən 2,3 dəfə çox olub.
Ölkə müəssisələrində bu ilin on ayında 4 min 57,7 ton mis buraz (tros), naqil və məftil istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 36% çoxdur.
Misi Gədəbəy rayonunda Amerikanın “RV Investment Services Grouр LLC” şirkətinin 6 qızıl yatağının istismarı üçün yaratığı Azərbaycan Mədən Əməliyyat Şirkəti çıxarır.
Bu ilin sentyabrından hökumət mis anodların və katodların, həmçinin mis xəlitələrinin gömrük qiymətinin 10% həcmində, ancaq bir ton üçünə 300 dollardan az olmamaq şərtilə gömrük rüsumu tətbiq edib. 08B
-
- Cəmiyyət
- 5 Dekabr 2016 14:07
-
- İqtisadiyyat
- 5 Dekabr 2016 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz