Azərbaycan mülkiyyət hüququ indeksində 129 ölkə arasında 103-cü yerdədir
Azərbaycan ilk dəfə Property Rights Alliance təşkilatının tərtib etdiyi «Beynəlxalq mülkiyyət hüququ indeksi»nə daxil edilib və 129 ölkə arasında 103-cü yerdədir. Ölkədə piratlıq səviyyəsi 85%-dir. Əqli mülkiyyət hüququ pozulduğu üçün 105 mümkün xaldan 1,5 balla 95-ci yer təmin edilib.
“Mülkiyyətin qeydiyyatı” üzrə on baldan 9,7 bal toplanılıb (129 ölkə arasında 20-ci).
Korrupsiyaya nəzarət üzrə ölkə 3,2 balla 110-cu, siyasi sabitlik üzrə 4,2 balla 81-ci, məhkəmənin müstəqilliyi üzrə 3,6 balla 88-ci yerdədir.
Reytinqdə Ermənistan 94-cü, Gürcüstan 95-ci, RF 81-ci, Türkiyə 58-ci, Ukrayna 109-cudur.
Finlandiya, Norveç, Yeni Zelandiya, Lüksemburq və Sinqapur ön yerləri tutur. --17D—
-
- Cəmiyyət
- 22 Yanvar 2016 17:38
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 19:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz