Davos forumu: Azərbaycan iqtisadi nailiyyətlərini itirə bilər
"US News & World Report"un Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırladığı reytinqdə Azərbaycan 60 «ən yaxşı ölkə» arasında 53-cü olub.
İlk 5 yeri Almaniya, Kanada, Britaniya, ABŞ və İsveç tutub. Son 3 yerdə İran, Ukrayna və Əlcəzair qərarlaşıb. Rusiya 24-cü, Qazaxıstan 55-ci yerdədir.
Azərbaycan sahibkarlığın inkişafında 55-ci, biznesin aşkarlığı üzrə 43-cü, həyat keyfiyyəti üzrə 56-cı, turizm və istirahət üzrə 54-cü, mədəni təsir üzrə 56-cı, tarixi irs üzrə 57-cidir.
Reytinq tərtibçilərinə görə, Azərbaycanda həyat səviyyəsi ortadan yüksəkdir, iqtisadiyyat isə neftdən çox asılıdır. Müəlliflər DB-yə istinadən bildirir ki, işsizlik və yoxsulluq azalsa da, bu naliyittlər itirilə bilər.
Müəlliflər iqtisadiyyatı şaxələndirməyitəkif edir. DB gənclərin hesabına işsizlərin sayının artacağı barədə xəbərdarlıq edir.
Reytinq sosioloji sorğu əsasında hazırlanıb və Davosda başlamış Ümumdünya İqtisadi Forumunda təqdim olunub. --17D—
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 19:49
-
- İqtisadiyyat
- 23 Yanvar 2016 10:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz