Azərbaycan nəqliyyat infrastrukturuna $25 mlrd investisiya qoyub
Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası öz işinə başlayıb.
Tədbirdə çıxış edən baş nazirin müavini Abid Şərifov məlumat verib ki, Azərbaycan indiyədək nəqliyyat infrastrukturuna $25 mlrd investisiya qoyub. Ölkə miqyasında 10 min km yol çəkilib. Son 5 ildə beş beynəlxalq hava limanı tikilib, mülki aviasiya parkı yenilənib.
Azərbaycan 1993-cü ildən DYƏT üzvüdür. DYƏT 28 iyun 1956-cı ildə dəmir yol nazirləri tərəfindən Sofiyada yaradılıb.
27 ölkənin nəqliyyat nazirliyi və mərkəzi dövlət orqanları DYƏT üzvüdür. --17D—
-
- İqtisadiyyat
- 9 İyun 2016 16:35
-
- İqtisadiyyat
- 9 İyun 2016 16:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz